Türkiyə İdlibə növbəti hərbi karvan yolladı

Türkiyə İdlibə növbəti hərbi karvan yolladı

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə 150 TIR zirehli texnika və özüyeriyən artilleriya qurğusu yollayıb.

Bu barədə Türkiyənin Andolu xəbər agentliyi məlumat verib.

Hərbi mənbələrin Anadolu agentliyinə verdiyi məlumata əsasən, özüyeriyən artilleriya, tank və zirehli texnika daşıyan 150 yük maşınından ibarət daha bir karvan, İdlibdə müşahidə postlarına keçmək üçün Türkiyənin Hatay vilayətinin Reyhanlı bölgəsinə gəlib.

Xatırladaq ki, Suriya ordusu İdlib və Hələb vilayətində terrorçulara qarşı əməliyyatları davam etdirir.

Mənbə: eastnews.org