Erməni ekspertdən Paşinyanın həyat yoldaşına: “İtkilər mövzusunu manipulyasiya etmək lazım deyil”

Erməni ekspertdən Paşinyanın həyat yoldaşına: “İtkilər mövzusunu manipulyasiya etmək lazım deyil”

“Anna Hakobyan xərçəng xəstəliyi olan uşaqlar barədə qeyd yazıb, insanlar qeydin altında ordudakı qeyri-döyüş mövzusunda yazmağa başlayıb”. Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Hakobyan daha sonra qeydini silib.

“Son zamanlar çox deyirəm-yazıram, yenidən təkrar edim. İtkilər mövzusunu manipulyasiya etmək lazım deyil, kim tərəfindən və kimə qarşı olduğunuzun əlaqəsi yoxdur. Daha özünü təmkinli etməyin, ordunu, milli təhlükəsizliyi ucuz piara qurban vermək olmaz. Əslində qeydi bərpa edib (Anna Hakobyanı nəzərdə tutur - red.). İstənilən halda yazdığının mənası bundan sonra dəyişmir”, - deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az