Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

Naruhitonun 60 yaşı olan günü 23 fevralda ənənəvi təbrik müraciəti ilə çıxış edəcəyi planlaşdırılırdı...

Yaponiyada, koronavirusun yayılmasının qarşısını almaq tədbirləri çərçivəsində imperator Naruhitonun doğum günü münasibətilə təşkil edilən bayram müraciəti ləğv edilib.

İnterAz bu barədə "İnterfaks"a istinadən xəbər verir.

Naruhitonun 60 yaşı olan günü 23 fevralda ənənəvi təbrik müraciəti ilə çıxış edəcəyi planlaşdırılırdı.

"Hər il çox sayda insanın iştirak etdiyi ictimai tədbirləri ləğv etmək qərarına gəldik. Qərar virusun yayılması riskini dəyərləndirildikdən sonra qəbul edilib", Yaponiya İmperator Sarayının açıqlamasında deyilir.

Mənbə: www.interaztv.com