Paşinyan Müdafiə nazirini, yoxsa BQ rəisini vəzifədən azad edəcək?

Paşinyan Müdafiə nazirini, yoxsa BQ rəisini vəzifədən azad edəcək?

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Müdafiə naziri David Tonoyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanla müşavirə keçirib. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Armen Xaçatryan məlumat verib.

O bildirib ki, görüşün detalları barədə məlumat daha sonra veriləcək.

Məlumata görə, Paşinyan onları şəxsən çağırıb. Görüşün səbəbi kimi son günlər Ermənistan ordusunda baş verən hadislər göstərilir.

Qeyd edək ki, erməni mediasında yayılan xəbərlərə görə, Paşinyan qeyd olunan hərbi rəsmilərdən birini vəzifəsindən azad edə bilər.
 

 

Mənbə: ordu.az