“Rusiya SSRİ-ni varisi ola bilməz”

“Rusiya SSRİ-ni varisi ola bilməz”

“Rusiya Sovet İttifaqı kimi “qeyri-qanuni əsaslarla yaradılan dövlətin” varisi ola bilməz”.

Musavat.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu fikir Rusiya Federasiyası Konstitusiya məhkəməsinin hakimi Konstantin Aranovski tərəfindən səsləndirilib.

Hakim Aranovski SSRİ hakimyyətinin işini “repressiv-terrorist fəaliyyət” adlandırmaqdan da çəkinməyib. Onun fikrincə, bu cür rejimlə Rusiya Federasiyasının heç bir ümumi dəyəri olmamalıdır. Bundan başqa, K.Aranovski Rusiyanın “totalitar cinayətlərlə” bağlı olmayan bir dövlət statusu qazanmasının gərəkdiyini qeyd edib.

“Rusiya Federasiyası öz ərazisində qeyri-qanuni olaraq yaradılan bir dövləti hüquqi cəhətdən varisi deyil, sadəcə onu əvəz edir”, deyə Konstitusiya məhkəməsinin hakimi bildirib.

Onun sözlərinə görə, hazırkı dövrdə Rusiya hüquqi mənada sovet respressiylarının və SSRİ tərəfindən törədilən digər bağışlanmaz bədnam əməllərin günahını da öz üzərinə götürməməlidir.

Konstantin Aranovskinin fikirləri ölkədə böyük hay-küy doğurub.

Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsinin sədr müavini Mixail Yemelyanov onun açıqlamasını qəribə adlandırıb və bu cür vəzifəni tutan adamın belə sözlər söylədiyinə təəccübləndiyini söyləyib.
.
Mixail Yemelyanov burada SSRİ-dəki siyasi rejimin varisliyindən söhbət getmədiyini vurğulayıb. “Ona görə də hüquqi varisliklə siyasi rejimi qarışdırmaq yersiszdir, bu hüquq elminin əlifbasıdır”,-deyə o öz fikrini ifadə edib.

Məsələyə Kremldən də reaksiya gəlib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bu aşıqlamasının Konstitusiya məhkəməsi üzvünün subyektiv rəyi olduğunu deyib. D. Peskovun fikrincə, Rusiya SSRİ-nin həm de-yure, həm də de-fakto varisi sayılır.

Mənbə: teref.az