Şimali Koreya Kim Jong Unun "ağ atlarını" Rusiyadan idxal edib

Şimali Koreya Kim Jong Unun "ağ atlarını" Rusiyadan idxal edib

Rusiyanın gömrük məlumatlarına görə, ötən il qarlı dağlarda at çapdığı video lentə alınmış Şimali Koreya lideri Kim Jong Un ağ atlara on minlərlə dollar pul xərcləyib. Rusiyadan ümumilikdə 12 at alındığı bildirilir.

Kim Jong Un Şimali Koreyanın yüksək səviyyəli dövlət xadimlərinin müşayiəti ilə oktyabr və dekabr aylarında müqəddəs Paektu dağının qarlı yamaclarında çıxdığı gəzinti iki dəfə geniş şəkildə işıqlandırılıb.

Şimali Koreyanın dövlət mediası bunu beynəlxalq təzyiqlər qarşısında əhəmiyyətli güc göstərişi olaraq təqdim etmiş və Kimin dördnala at çapmasının görüntüləri bütün dünyaya yayımlanmışdı.

Şimali Koreyanın Rusiyadan baha qiymətə at almasının uzun tarixi var. Seulda yerləşən "NK News" xəbər agentliynin ilk dəfə açıqladığı gömrük məlumatlarına əsasən, Şimali Koreyanın at sürüsünü oktyabr ayında artırdığı ehtimal olunur.

Reuters-in nəzərdən keçirdiyi gömrük sənədlərinə əsasən bildirilir ki, Rusiya ötən il Şimali Koreyaya ümumi dəyəri 75 509 dollar olan 12 at ixrac edib.

Bu, Şimali Koreyanın Rusiyadan 2015-ci ildə 61 atın alınmasına 192 204 dollar xərclədiyi vaxtdan bəri ən böyük alqı əməliyyatıdır. Ümumilikdə Şimali Koreya Rusiyadan 2010 və 2019 illər arasında ən azı 584 302 dollar dəyərində 138 at idxal edib.

Mənbə: www.amerikaninsesi.org