Çin prezidentinin istefasına çağıran fəal həbs edilib

Çin prezidentinin istefasına çağıran fəal həbs edilib

Çinin tanınmış hüquqşünas alimi və fəalı Şu Zhiyong prezident Şi Tsinpinin Çinin koronavirus epidemiyası da daxil olmaqla ,böyük böhranların öhdəsindən gələ bilmədiyi üçün istefasına çağırış etdiyinə görə saxlanılıb.

Fəalların bazar ertəsi yaydığı məlumata əsasən, keçmiş hüquq professoru, "Yeni Vətəndaşlar Hərəkatı"nın təsisçisi kimi tanınan Şu Zhiyong Çinin cənubunda Quanjou şəhərində bir vəkil həmkarının evində qalarkən həbs olunub.

Fəallar bildirib ki, vəkil Yan Bin, onun əri və oğlu da Şunu gizlətdiyinə görə polis tərəfindən saxlanılıb. Lakin onlar bazar günü axşam sərbəst buraxılıb.

Polis məsələ ilə bağlı bazar ertəsi telefonla şərh verməkdən imtina edib.

Şu Zhiyong polisin Fujian vilayətinin cənub-şərqindəki Şiamen şəhərində gizli yığıncaq iştirakçılarını həbs etməyə başladıqdan sonra dekabr ayından etibarən dövlət təhlükəsizlik polisindən gizlənməyə çalışırdı. O, yığıncaqda iştirak edən 20 fəal və insan haqları fəallarından biri idi.

O, fevralın əvvəlində internetdə yerləşdirilən yazıda prezident Şi Tsinpini koronavirus epidemiyası və Honq-Konqda demokratiya tərəfdarlarının etirazları kimi böhranların öhdəsindən gələ bilmədiyi üçün sərt tənqdi etmişdi. Şi həmçinin öz yazısında bu cür cəsarətli sözlərdən sonra yenidən həbs oluna biləcəyini proqnozlaşdırmışdı.

"Siz Çini hara aparırsınız? Bilirsinizmi? Demokratiya, yoxsa diktaturaya doğru? Modernləşməyə, yoxsa Mədəni İnqilaba?", Şu məqaləsinda yazıb. Daha sonra o, Çin prezidentinin istefasına çağırıb.

"Mən səni pis adam hesab etmirəm, sadəcə ağıllı deyilsən ... Şi Tsinpin, lütfən istefa ver", hüquqşünas çağırış edib.

Mənbə: www.amerikaninsesi.org