Nevada seçiciləri Demokrat Partiyasından prezidentliyə namizəd səsverməsində iştirak edir

Nevada seçiciləri Demokrat Partiyasından prezidentliyə namizəd səsverməsində iştirak edir

ABŞ-ın Nevada ştatının seçiciləri Demokrat Partiyasından prezidentliyə namizəd səsverməsində iştirak edir. Respublikaçı prezident Donald Trampa rəqib namizəd seçkiləri artıq üçüncü ştatda keçirilir.

Nevadada belə erkən səsverməyə ilk dəfədir ki, imkan verilir. Bazar günü səsvermənin ilk günü seçicilər uzun növbələrdə 90 dəqiqəyədək gözləməli olub. Səsvermə çərşənbə axşamı gününədək davam etməlidir.

Nevada demokratların üzləşdiyi ən böyük irqi müxtəlifliyə malikdir. Ispandillilər və Afrika mənşəli amerikalılar ştat əhalisinin əksəriyyətini təşkil edir. Bu ştat daha iki əvvəlki ağların üstünlük təşkil etdiyi Ayova və Nyu-Hempşir ştatlarından bununla fərqlənir.

Seçkiöncəsi rəy soğularına görə, Vermond senatoru Berni Sanders hər iki ştatda populyar səsləri qazanıb. Özünü demokrat sosialist adlandıran Sandersin "Qumar Məkkəsi" sayılan Las Veqas şəhərinin yerləşdiyi Nevadada da asanlıqla qələbə qazanacağı gözlənilir.

Lakin Ayova və Nyu-Hempşirdə İndiananın Cənub Bend şəhərinin meri Pet Buticecdən cüzi fərqlə irəli çıxan Sandersin Nevadada əsas rəqibi sabiq vitse-prezident Co Bayden ola bilər.

Bir zamanlar Trampın əsas rəqibi olan və Ayovada 4-cü, Nyu-Hempşirdə 5-ci yeri qazanan Bayden Nevadada siyasi nüfuzunu bərpa etməyə çalışır.

Minnesotadan senator Emi Klobuşar və Massaçussetsdən senator Elizabet Vorren də bu ştatda yeni güc qazanmağa çalışır. Növbəti praymeri Cənubi Karolina ştatında fevralın 29-da keçirilməlidir.

Martın 3-də keçiriləcək Super Çərşənbə səsverməsi 14 ştatda baş tutacaq. Aparıcı demokratlar Nyu-Yorkun sabiq meri Maykl Blumberqlə üzləşəcək.

Blumberq öz seçimi ilə 4 ştatdakı səsvermədə iştirakdan imtina edib. O, televiziya reklamları və kampaniya işçilərinin qəbuluna 400 milyon dollar ödəyib.

Blumberqin ümümummili sorğularda önə çıxması Trampın tənqidləri ilə qarşılanıb. Bundan əlavə onun yüksəlişi 2020-2013-cü illər ərzində Nyu-York merliyi müddətinə də diqqətləri yönəldib. Məhz o zaman Blumberq eyni adlı biznes informasiyaları şirkətini quraraq, milyarderlər sırasına daxil olmuşdu.

Mənbə: www.amerikaninsesi.org