Milli Məclisin deputatı ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Milli Məclisin deputatı ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Milli Məclisin (MM) ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq.

Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sessiya çərçivəsində ATƏT PA sədrinin, Baş katibinin hesabatları dinləniləcək, komitə iclaslarında “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri”, “İqlim dəyişikliyinin təhlükəsizliyə təsirləri və bu sahədə parlamentarilərin rolu”, “ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda deputat Tahir Mirkişili çıxış edəcək, müzakirəyə çıxarılacaq sənədlərə münasibətini bildirəcək.

Mənbə: report.az