Səudiyyə Ərəbistanı İranla danışıqlar aparmaq istəyib, lakin ABŞ buna icazə verməyib - Təfərrüat

Səudiyyə Ərəbistanı İranla danışıqlar aparmaq istəyib, lakin ABŞ buna icazə verməyib - Təfərrüat

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "əl-Biina" qəzeti, Səudiyyə Ərəbistanının "Aramco" neft təsislərinə olan hücumlardan sonra İranla danışıqlar aparmaq istədiyini, amma ABŞ-ın buna mane olduğunu yazıb.

Bu barədə Livanın "əl-Biina" qəzeti Fransa mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, fransalı mənbələr Səudiyyə rəsmilərinə istinad edərək, sentyabr ayında yəmənlilərin "Aramco" obyektinə hücumundan sonra Səudiyyə Ərəbistanı İranla danışıqlar aparmaq istəyib. Səudiyyə iqtisadiyyatına ciddi ziyan vurmağını istəmədiyi üçün İranla danışıqlar aparmaq istədiyi qeyd olunub.

Buna baxmayaraq ABŞ Riyadın İranla danışıqlar aparmasına mane olub. Amerikalılar Riyada müxtəlif vədlər verərək İranla danışıqlar aparmasının qarşısını alıb.

Amerikalılar Riyad rəsmilərini inandırıblar ki, İraq, Livan və İrandakı etirazlardan sonra İran sistemi bərbad vəziyyətə düşəcək və onlarla danışıqlar aparmaq lazım deyil.

Səudiyyə Ərəbistanı hesab edir ki, Riyad və Tehran arasında danışıqlar aparmaq, həmçinin müxtəlif regional məsələlərdə razılığa gəlmək mümkündür.

Mənbə: al-binaa

Mənbə: eastnews.org