Rusiyalı ekspertlər Ermənistanın Münxen fiaskosundan yazırlar

Rusiyalı ekspertlər Ermənistanın Münxen fiaskosundan yazırlar

Sergey Markov: "Paşinyan həmin dəqiqələrdə aciz və yazıq adam təsiribağışlayırdı
Sözsüz ki, təhlükəsizlik üzrə Münxen konfransının ən parlaqepizodlarından biri iki ölkə lideri – İlham Əliyev və Nikol Paşinyanın debatıidi. Rusiyanın "Moskva-Baku” portalı yazır ki, Paşinyanın məğlubiyyəti faktınıYerevanda da əksər müşahidəçilər etiraf ediblər. Hətta onlar vurğulayıblar ki,İlham Əliyev daha inamlı təsir bağışlayırdı, diskussiyanın aparıldığı ingilisdilində öz fikirlərini daha sərbəst şəkildə ifadə edirdi. Paşinyanın isə sözehtiyatının olmaması göz önündə idi. Nəinki Bakıdakı şərhçilər, eləcə də yerevandakılarda etiraf ediblər ki, İlham Əliyev öz arqumentasiyasını daha ardıcıl qurmağa müvəffəqolub. Bütün çıxışlarında mövcud hüquqi sənədlərə, o cümlədən BMT TəhlükəsizlikŞurasının qətnamələrinə istinad edirdi. Bu sənədlər də Ermənistanınqeyd-şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxarılmasını, ev-eşiklərindənqovulan insanların ata-baba yurdlarına qayırmasını tələb edir. İ.Əliyevmünaqişənin tarixi ilə bağlı auditoriyanı məlumatlandıraraq xatırladıb ki,ermənilərin Qarabağın Azərbaycandan ayırmaları üçün heç bir hüquqi əsaslarıyoxdur. Prezident debat zamanı faciəvi bir insidenti də xatırladıb ki, cəbhəbölgəsində ermənilərin atdıqları atəş nəticəsində azərbaycanlı hərbçi şəhidolub.

Rusiyanın Avrasiya İqtisadiİttifaqı İnstitutunun direktoru Vladimir Lepexin hesab edir ki, "Paşinyanınmübahisə aparmağa hazır olmadığı göz önündə idi. Əvvəldən buna ciddi əhəmiyyətvermədiyi qənaətini özündə formalaşdırmışdı. Nəticədə erməni baş nazirhəqiqətən də Əliyevdən zəif duruma düşdü. Mən ümumiyyətlə Nikol Paşinyana belədiskussiyaları rusca aparmağı məsləhət verərdim. Bu, onun siyasi orientasiyasınımüəyyən edə bilərdi. Lakin təəssüf ki, hazırda o çox güclü şəkildə Qərbə doğruistiqamət götürüb. Anlamır ki, bir sıra hallarda bu, yersiz alınır. Münxendəkidebatlarda Paşinyan daha çox Qərb auditoriyasına istiqamətlənmişdi və nəticədədə, girova çevrildi”, - deyə ekspert "Moskva-Baku” portalına müsahibəsindəbildirib. Onun qənaətincə, Paşinyan Qərb və Minsk qrupu həmsədrlərinə daha çoxümid bəsləyir. "O, əvvəlki tək ümid edir ki, onlar Yerevana işləyəcəklər. Yəni,əgər Ermənistanda "məxməri inqilab” baş veribsə və hakimiyyətdə qərbpərəstsiyasətçilər yerləşibsə, onda onlar ona dəstək verəcəklər. Paşinyan başa düşmürki, qərb diplomatları, Brüsseldəki məmurlar Qarabağ münaqişəsinin hesabınayaşayırlar, Münxen konfransı kimi tədbirlərə gedirlər. Nəticədə, onlarmünaqişənin həllində deyil, onun konservasiyasında maraqlıdırlar”, - deyəLepexin urğulayıb. Ekspert Paşinyanın uğursuzluğunun ikinci səbəbini onunDağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ümumi zəifliyini göstərib."Onun Qarabağ üzrə xətti hələ də işlənməyib, sabit deyil. Digər tərəfdən,Paşinyan bu ərazinin idarəçiliyini təmin etmək istəyir. Bununla belə, Qarabağklanının liderlərinin mövqeyindən asılıdır. Bütün bunların da fonunda Qərbə xoşgəlməyə çalışır. Arqumentlərinin sabit olmaması Əliyevlə də danışıqlarda hissolunurdu. Paşinyandan fərqli olaraq, onun aydın xətti var”, -deyə Lepexinbildirib. Onun sözlərinə görə, Paşinyanın mövqeyi tam olsaydı, o, Əliyevləkonstruktiv məcrada danışıqlar apara bilərdi. "Lakin görünür, bunlar başvermir”, -deyə fikrini tamamlayıb.
Rusiya Siyasi Tədqiqatlarİnstitutunun direktoru Sergey Markov da hesab edir ki, Paşinyandiskussiyanı ingiliscə deyil, rusca, ya da ermənicə aparmalı idi. "Hər halda bu,onun dağınıq ingiliscəsindən yaxşı olardı. Belə baxanda Paşinyan uğurlu meydansiyasətçisi hesab edilir. Lakin bu meydançada gah çaşır, gah dili topuqvururdu. İlham Əliyev isə diplomat kimi debata yaxşı hazırlanmışdı, onun çıxışıgözəl təsir bağışlayırdı. Paşinyandan fərqli olaraq, onun ingiliscəsi möhtəşəmidi”, - deyə ekspert bildirib. Bundan əlavə, Əliyev iki dəfə öz opponentininfaktları bilmədiyini müəyyən etdi. "Söhbət Paşinyanın Şaumyan rayonu barədə dediklərindəngedir. Bəlli olduğu kimi, bu rayon heç vaxt Qarabağa aid olmayıb. İkincisi,Paşinyan bildirib ki, Stalin Qarabağı Bakının nəzarəti altına verib. Bu zamanbolşeviklərin Qafqaz bürosuna istinad edirdi. Əslində həmin qətnamələrdə söhbətQarabağın Azərbaycana "verilməsi”ndən” deyil, onun Azərbaycanın tərkibində"qalmasından” gedir. Yəni, həmin ərazi bolşeviklərə qədər də Bakının nəzarətialtında idi”, - deyə S.Markov bildirib. Onun qənaətincə, bütün bunlardan belənəticəyə gəlmək olar ki, Əliyev xal hesabı ilə onu darmadağın edib. "Beləqənaətə sosial şəbəkə istifadəçiləri də gəliblər. Azərbaycanda əhval-ruhiyyəyüksəkdir, Ermənistanda isə Paşinyanın hərəkətləri tənqid obyektinə çevrilib”,- deyən Markov əlavə edib ki, Azərbaycan prezidenti ilk növbədə öz arqumentlərihesabına qələbə qazanıb. "Paşinyan ümid edirdi ki, Münxendə qərbyönümlüsiyasətçi kimi auditoriya onu dəstəkləyəcək. Ona görə bu debata razılıqvermişdi. İlham Əliyev isə debatlara ona görə razılıq verdi ki, həqiqətin onuntərəfində olduğuna inamlıdır. Əliyevə fundamental həqiqət kömək göstərdi.Auditoriyaya xatırlatdı ki, Dağlıq Qarabağ Azərbaycandan hansısa birreferendumun nəticəsində - səsvermə ilə ayrılmayıb. Sadəcə, işğal olunub, özüdə qarabağlılar tərəfindən deyil, Ermənistandan gələn yaraqlıların köməyi ilə”,- deyə Markov bildirib. Ekspert qeyd edib ki, debatlar zamanı Paşinyan qədimtarix barədə danışarkən gülməli təsir bağışlayırdı: "O, Böyük Tiqran barədədanışanda zalda hamı gülməyə başladı”. Əlavə edib ki, "Paşinyan həmindəqiqələrdə aciz və yazıq adam təsiri bağışlayırdı. Özü də tarixçilər yaxşı bilirki, tarixi Ermənistan indiki ərazisindən çox-çox uzaqlarda yerləşib”.
"Münxen Təhlükəsizlik Konfransı dünya tarixinə ABŞ-ın Çinə "soyuqmüharibə” elan etməsi ilə yadda qalsa da, Azərbaycan və Ermənistan xalqlarının,o cümlədən hakimiyyətlərinin yaddaşında sözügedən konfrans İlham Əliyev vəNikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrləqalacaq”. Bunu isə rusiyalıtanınmış tarixçi və professor Oleq Kuznetsov deyib. O bildirib ki,diskussiyanın videoyazısına əvvəldən-axıra kimi iki dəfə baxandan sonra ondaiki qəti təəssürat yaranıb: "Birincisi, təşkilatçılar diskussiyanı əvvəldənseçilmiş auditoriyanın iştirakı ilə tok-şou formatında keçirdilər. Tok-şouformatına adətən panel müzakirələrində rast gəlinir”.
Politoloq müharibə şəraitində olan iki dövlət başçısının görüşününilk dəfə belə bir şəraitdə keçirilməsinin önəmli məqam olduğunu deyib: "İlhamƏliyev və Nikol Paşinyan təşkilatçılar tərəfindən bilərəkdən üz-üzəotuzdurulmuşdular, aralarında isə "hakim” yer almışdı. Diskussiya barədə uzundanışmağa ehtiyac yoxdur, onu cəmi iki sözlə xarakterizə etmək olar – "uşağıdöymək”.
Rusiyalı tarixçi həmçinin əlavə etdi ki, bu debatda İlham Əliyevinqələbə çalacağı əvvəlcədən bəlli idi. Çünki o, hər bir göstəriciyə - istəringilis dili biliyi, ümumi erudisiyası, istərsə də özünü aparmaq qabiliyyəti vəözünü auditoriyaya təqdim etmək bacarığına görə opponentini üstələyirdi: "Paşinyanınintellektual mövqeyinin zəif cəhəti ondan ibarət idi ki, o, tutarlıarqumentlərə deyil, Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulmuş vəbeynəlxalq normalara zidd ideoloji stereotiplərin və təbliğat doqmalarınınkompleksinə əsaslanırdı. Lakin bu, prezident Əliyevi heç narahat etmirdi, çünkio, rəqibinin bacarıqsızlığını dərhal anlamışdı və onu məntiqi arqumentlərləçıxılmaz vəziyyətə salırdı. Şübhəsiz, "Əliyev və Paşinyan” intellektualduelində birmənalı qalib, hətta texniki nokautla qələbə qazanan Azərbaycan prezidentioldu”, - deyə Kuznestov bildirib.

Azər NURİYEV

 

Mənbə: kaspi.az