“Pastinfo”: Bu gün Ermənistanda ordunu dağıdan, parçalayan motivlər artıb

“Pastinfo”: Bu gün Ermənistanda ordunu dağıdan, parçalayan motivlər artıb

“Ermənistan ordusunun iki 19 yaşlı hərbi qulluqçusunun naməlum şəraitdə ölümcül güllə yarası alması ilə bağlı fevralın 13-dəki xəbər kaş ki, ilin əvvəlindən bəri bir növ fasilərlə elan edilən ölümlərin sırasına əlavə edilən və ipi kəsilən son damla olaydı”. Ordu.az xəbər verir ki, bu, Ermənistanın “Pastinfo” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəllif qeyd edir ki, ordu cəmiyyətin güzgüsüdür və günümüzün bütün təzahürləri orduda öz əksini tapır.

“Şübhəsiz, əsgərlərin fərdlərarası münasibətləri ilə əlaqəli olan bənzər hadisələr orduda keçmişdə də baş verib, lakin bu gün keçmişin motivlərinə yeni, ordunu dağıdan, bölən və parçalayan motivlər əlavə olunub. İllər əvvəl, 2013-cü ildə hərbi qulluqçu Lyuks Stepanyanın qətl hadisəsi ilə bağlı orduda fərdlərarası mübahisə nəticəsində baş verən ölümlərə toxunaraq çoxlu sayda suallar səsləndirmişəm. Xüsusilə, Ermənistanın milli konsepsiyası hansıdır? Dövlətimizin ali məqsədi və məqsədləri hansılardır? Dövlətimiz öz vətəndaşlarını hansı fikirlər ətrafında birləşdirir? Nəhayət, dövlətimizin baxışı hansıdır? Bu sualların cavabları müəyyən bir müddət sonra həyata keçirilmiş “milli ordu” konsepsiyasını böyük hesabla verirdi”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu

Ordu.az

 

Mənbə: ordu.az