Ukraynada qadın deputat “erməni soyqırımı”nın qəbul olunmasına çalışır

Ukraynada qadın deputat “erməni soyqırımı”nın qəbul olunmasına çalışır

Ukrayna Ali Radasının xanım deputatı Darya Volodina “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsini qeydə alıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezident Vladimir Zelenskinin başçılıq etdiyi “Xalqın qulu” (Sluqa naroda) partiyasının üzvü olan Volodina təşəbbüsünün gündəliyə salınmasına nail olub.

Deputat 1991-ci il aprelin 16-da Donetsk şəhərində anadan olub. 2019-cu il iyulun 21-də “Xalqın qulu” partiyasının 65 nömərli namizədi kimi Radaya üzv seçilib. Darya Volodina maliyyə, gömrük və vergi komitəsinin üzvüdür.

Xatırladaq ki, son 10 ildə ermənilər artıq 4-cü dəfədir ki, “erməıni soyqırımı”nı Radada qəbul etdirməyə çalışıblar. 2013,2015 və 2019-cu illərdə bu qanunverici təşəbbüslər Ukrayna deputatları tərəfindən rədd edilib.

Mənbə: modern.az