Gürcüstan parlamentində SSRİ himni - VİDEO

Gürcüstan parlamentində SSRİ himni - VİDEO

Gürcüstan baş prokuroru vəzifəsinə İrakli Şotadzenin təyinatına etiraz edən müxalifət partiyaları spikerin çıxışı zamanı meqafon vasitəsilə SSRİ himnini səsləndiriblər.

Axar.az xəbər verir ki, spikerin çıxışı zamanı partiya nümayəndələri iclas zalında olmayıblar. Onlar məhz çıxış başladıqdan az sonra iclas zalına daxil olmağa cəhd edib və etiraz əlaməti kimi meqafon vasitəsilə SSRİ himnini səsləndiriblər.

 

Mənbə: axar.az