İsrail raket hücumundan sonra Qəzza zolağına qarşı tətbiq olunan bir sıra təcili tədbirləri ləğv edib.
Trend-in "İnterfaksa" istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Müdafiə Nazirliyindən bildiriblər.
Bildirilir ki, bu barədə qərar "son günlər Qəzza bölgəsində müşahidə edilən sakitlik baxımından" qəbul edilib: "İsrail Qəzza sakinlərinə ölkəyə giriş üçün 2 min icazə verəcək və çərşənbə günü balıq ovu sahəsini 15 dəniz mili genişləndirəcək".
Xatırladaq ki, fevralın 15-i İsrail Hərbi Hava Qüvvələri raket hücumuna cavab olaraq Qəzza zolağında Həmasın mövqelərini bombalayıb.
Milli.Az
Mənbə: news.milli.az