Türkmənistanda müəllimlərdən görün nəyi tələb edirlər?

Türkmənistanda müəllimlərdən görün nəyi tələb edirlər?

Türkmənistan hakimiyyəti dövlət qurumlarının bütün işçiləri qarşısında “eyni şərtlər daxilində” yeni tələblər qoyurlar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, əvvəllər məktəb müəllimlərinin xarici görünüşləri ilə bağlı tələbləri var idi. Məsələn, müəllimlər eyni paltar geyinməli, müəllimələr isə məktəblərə gələndə milli geyimlərdən istifadə etməli idilər.

İndi də eyni qələm və dəftərlərdən istifadə etmələri əmr verilib.

“2, 4 və 7 nömrəli orta məktəb müəllimlərindən hər biri 45 manata başa gələn 5 ədəd türkmən xalça naxışı olan qələm, 50 manata yaşıl bloknot almağı tələb edirlər”, – deyə Azadlıq Radiosunun müxbiri bildirib.

Onun sözlərinə görə, bu yaşıl qələmlər Türkmənistanda ən bahalı qələm sayılır, onlar Türkiyədən gətirilir. “Türkmənistanda istehsal etmirlər, yalnız Rusiya, Türkiyə və Çində istehsal olunur” deyə müxbir yazır.

Yaşıl qələmlər və bloknotlar müəllimlərin görüşlər zamanı qeyd etmələri üçün lazımdır.

Türkmənistanda təhsil müəssisələri işçilərinin, eləcə də şagirdlərin geyimləri dövlət tərəfindən ciddi tənzimlənir.

Fevralın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə dövlət televiziyasında nümayiş olunan parlament üzvləri arasında keçirilən görüşdə deputatların və digər vəzifəli şəxslərin yaşıl qələmlərlə yaşıl notbuklarda bəzi qeydlərin necə edildiyini müşahidə etmək olar. Ancaq video görüntülərə əsasən, yaşıl qələmlər sahiblərinin vəzifələrindən asılı olaraq bir-birlərindən fərqlənir.

Məsələn, prezidentlə millət vəkilləri arasındakı görüşdə, Məclisin sədri Gülşat Məmmədovanın qələminin qalın və bahal, digər deputatların qələmləri isə nazik və sadə olub.

KONKRET.az

Mənbə: konkret.az