Rusiya bu ölkəni ABŞ-dan "xilas etməyə" çalışır - Kosaçev

Rusiya bu ölkəni ABŞ-dan "xilas etməyə" çalışır - Kosaçev

Rusiya ABŞ-ın sanksiyalarına baxmayaraq, Venesuelaya dəstəyini davam etdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev deyib.

“Bu kimi sanksiyalar ABŞ-ın digər bir dövlətin daxili işlərinə müdaxiləsinin qarşısını almaq üçün tətbiq olunur”, - Kosaçev bildirib.

O vurğulayıb ki, bu davranış “dünya jandarmı”nın deyil, öz siyasi məqsədləri üçün iqtisadi gücündən istifadə edən qlobal xuliqanın davranışıdır.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi “Rosneft Tradinq” və onun Direktorlar Şurasının rəhbəri Didye Kasimiroya sanskiya tətbiq edib.

Mənbə: axar.az