Müdafiə nazirinə sui-qəsd maşını partladıldı

Müdafiə nazirinə sui-qəsd maşını partladıldı

Yəmənin Müdafiə naziri Mühəmməd Əli əl-Makdaşiyə qarşı suqi-qəsd törədilib, lakin xoşbəxtlikdən nazir sağ qalıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Yəmən informasiya nazirinin müşaviri Muxtar ər-Rahbi öz Twitter səhifəsində yazıb.

O qeyd edib ki, hadisə fevralın 20-də Yəmənin şərqində maşının keçdiyi yolda mina partlayışı zamanı baş verib. Partlayış nəticəsində nazir xəsarət almasa da, hadisə zamanı onu müşaiyət edən şəxslər arasında ölən və yaralananlar var.

“Əl-Cəzirə”nin xəbərinə görə, müdafiə nazirini müşaiyət edən karvanda baş verən partlayışda 4 nəfər həyatını itirib.

Ölkə.Az

Mənbə: olke.az