“İrqçilik zəhərdir” - Merkel dünənki hadisədən danışdı

“İrqçilik zəhərdir”  - Merkel dünənki hadisədən danışdı

Almaniyada törədilmiş dəhşətli cinayəti hərtərəfli araşdırmaq üçün hər cür səy göstəriləcək. Azvision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Hanau şəhərində baş vermiş silahlı hücum barədə danışarkən deyib. O bildirib ki, "irqçilik bir zəhərdir, nifrət də zəhərdir. Bu zəhər cəmiyyətimizdə mövcuddur".

Xatırladaq ki, ötən gün Almaniyada irqçilik zəminində törədilmiş terror hücumu zamanı 9 nəfər həlak olub, onlardan 5-i türkdür.

Pərvanə Sultanova

Mənbə: azvision.az