Çavuşoğlu Ankaranın İdliblə bağlı mövqeyini açıqladı - “Əməliyyat qərarı Ərdoğanın müstəsna hüququdur”

Çavuşoğlu Ankaranın İdliblə bağlı mövqeyini açıqladı - “Əməliyyat qərarı Ərdoğanın müstəsna hüququdur”

“İdlibdə əməliyyatın başladılmasıyla bağlı qərar Ərdoğanın müstəsna hüququdur”. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT telekanalına müsahibəsində bildirib ki, prezident qərarı yerlərdəki vəziyyət əsasında qəbul edəcək. “Əsəd rejimi İdlibə hücumları davam etdirir. Əhali kütləvi şəkildə evlərini tərk edir” – deyən diplomat, Türkiyənin Suriyadakı humanitar faciənin qarşısını almağa səy göstərdiyini bildirib. Çavuşoğlunun sözlərinə görə, Rusiya ilə Suriyaya dair danışıqlar arzuolunan nəticəni verməyib. “Zərurət yaranarsa, sözügedən məsələ Türkiyə və Rusiya prezidentləri arasında müzakirə oluna bilər” – deyə, dipölomat qeyd edib.

atv.az

Mənbə: www.atv.az