Münxen debatı Dağlıq Qarabağ probleminin həllinə ciddi impuls verəcək

Münxen debatı Dağlıq Qarabağ probleminin həllinə ciddi impuls verəcək

Politoloqların fikrincə, bu debatda təsdiq olundu ki, Azərbaycanınmövqeyi tam aydın və qanunauyğundur Münxen toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev vəErmənistanın baş naziri Paşinyan arasında keçirilən debat dünyanın diqqətmərkəzindən kənarda qalmadı. Belə ki, beynəlxalq media qurumları debatla bağlımüxtəlif şərhlərlə təqdim etdilər. Əlbəttə ki, dünya ictimaiyyəti bu debatvasitəsilə Azərbaycanın haqq səsini bir daha eşitdi. Bəs görəsən Münxendə baştutan debatdan sonra dünya ictimaiyyətinin Dağlıq Qarabağ problemi ilə bağlımövqeyində dəyişiklik gözləməyə dəyərmi? Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, beynəlxalq diplomatiya, ocümlədən Minsk qrupu həmsədrləri yaxşı anlayırlar ki, münaqişə ətrafında nələrbaş verir və nəyə görə Ermənistan danışıqlar prosesinə əngəllər törədir: "Bəlliidi ki, bütün bəhanələr qondarma idi, ermənilər "xalqların öz müqəddəratınıtəyinetmə” prinsipini dillərinin əzbərinə çevirmişdi. Digər tərəfdən, onlarınQarabağ torpağında tarixi köklərinin olması ilə bağlı iddiaları və sairuydurmalar idi. Beynəlxalq ictimaiyyət bunu görürdü və sadəcə, Ermənistanatəzyiq artırmaq əvəzinə liberallıq edirdilər və erməni lobbisinin təsiri altınadüşürdülər. Burada həm bir məkr, həm də məhz bu məkrdən irəli gələrək xeyirgüdmə məsələsi də var idi. Ancaq Münxen konfransında məsələ çox güclü əks-sədadoğurdu. Yəni, əyani bir dueldə həm Azərbaycanın, həm də Ermənistanın bütünarqumentlərinin nə dərəcədə həqiqətə, tarixi faktlara əsaslandığı bəlli oldu. Bumənə bir növ məhkəmə işini xatırlatdı, İlham Əliyev ittihamedici tərəf kimi çıxışetdi və Paşinyan isə müttəhim tərəf idi. Debatda səsləndirilmiş bütün faktlar,arqumentlər açıq-aşkar göstərdi ki, həqiqət kimin tərəfindədir. Nəzərə alsaqki, həqiqətən də Azərbaycanın mövqeyi tam şəkildə beynəlxalq tələblərin,qanunvericiliyin normaları səviyyəsində əsaslıdır. Əlbəttə ki, burada qələbəilk növbədə Azərbaycana yazılır. Digər tərəfdən də Ermənistanın borcu vəöhdəliyi artmış olur”.
T.Abbasov qeyd etdi ki, bu debatdan sonra guya Ermənistan və şəxsənPaşinyanın qondarma "Münxen prinsipləri” deyilən yanaşmaları üzə çıxıb: "Ammaəslində onların tərkibində bu qondarma yanaşmada yeni bir şey yoxdur. Bunlarköhnə və əvvəlki məsələlərin təkrarıdır. Yəni, dünya gördü ki, Ermənistanınrəhbəri çaşqın və məğlub vəziyyətdən çıxmaqdan ötrü çalışırdı ki, özünə bəraətqazandırsın. Belə deyək ki, qeyri-adekvat mövqeyi bir növ Paşinyana platforma,baza yaratsın. Amma əslində onun dedikləri heç də yeni deyil. Azərbaycan bilmirki, təhlükəsizlik vacib məsələdir və bunu Paşinyan deməlidir? İndiki haldatəhlükəni yaradan kimdir? Əlbəttə ki, təhlükəni yaradan bölgədəki Ermənistanqoşunlarıdır. BMT-nin 4 qətnaməsi də bunu təsdiqləyir. Onlar qeyri-qanunişəkildə Azərbaycan torpaqlarında mövqe tutublar və həmin təhlükəni gündəmdəsaxlayırlar. Eyni zamanda, Azərbaycan tərəfi də qeyd edir ki, təhlükəsizlikvacibdir. Amma Ermənistan qoşunları işğal olunmuş ərazilərdən rədd olmalıdır,köçkünlər yerlərinə qayıtmalıdır, sonra təhlükəsizlik mexanizmigücləndirilməlidir və sonda status məsələsinə aydınlıq gətirilməlidir. Elə başadüşürəm ki, beynəlxalq diplomatiya bu debatdan bir daha dərs aldı və İlhamƏliyevin dediklərini nəzərə alaraq gördü ki, Azərbaycanın mövqeyi tam aydın vəqanunauyğundur. Odur ki, Ermənistan gərək həm qoşunlarını Azərbaycantorpaqlarından çıxartsın və həm də mərhələli şəkildə nizamasalma prosesitəşəkkül tapsın”.
Politoloq Qabil Abbasoğlu bildirdi ki,Münxen görüşünə qədər də beynəlxalq ictimaiyyətdə Qarabağ problemi ilə bağlıciddi dəyişikliklər yaranmışdı: "Məsələn, Avropa Parlamenti, Avropa ŞurasıParlament Assambleyası, NATO-nun zirvə toplantılarında postsovet məkanındakıbütün münaqişələrlə bağlı dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll etməkməsələsi birmənalı qaydada qəbul edilib. Avropa İttifaqı təxminən bir ay əvvəlyenidən Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindəhəll edilməsi barədə özünün növbəti bəyanatını yaydı. Bununla da belə birtəsəvvür yaranıb ki, artıq dünyada 1975-ci ildə Helsinkidə qəbul edilmiş"Helsinki yekun aktı”na uyğun olaraq etnik münaqişələr dövlətlərin ərazibütövlüyü çərçivəsində həll edilsin. Ermənilərin hay-küylə dünyaya yaydıqları"öz müqəddəratını təyinetmə prinsipi”nə artıq etinasız yanaşırlar və bunusosialist, kommunist dövrünün köhnə şüarlarından biri kimi qəbul edirlər. Eynizamanda, Münxen görüşünün özündə də deyildi ki, öz müqəddəratını təyin etmişxalqın ikinci dəfə bunu etməsinə ehtiyac yoxdur”.
Q.Abbasoğlu vurğuladı ki, Münxen görüşü çox məsələlərə aydınlıqgətirdi: "Nəzərə alsaq ki, dünyada təhlükəsizlik və sülh problemlərinə həsredilmiş Münxen forumu dünyanın ən məşhur toplantılarından biridir. Buradasəsləndirilən fikirlər, verilən qərarlar dünya ictimai rəyinə çox böyük təsirgöstərir. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin həmin görüşəqatılmasının özü çox müsbət hadisə idi. Üstəlik, o görüşdə dövlət başçısı çıxışedərkən Dağlıq Qarabağ problemi haqqında ətraflı, tarixi faktlara söykənən vəBMT-nin 4 qətnaməsinə istinad edən şərhlər verdi. Forumun əsas hissəsini isə AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında keçirilən debattəşkil etdi. Bu debatda İlham Əliyev intellektual cəhətdən səviyyəsininyüksəkliyini, siyasi peşəkarlığını və Azərbaycanın haqlı mövqeyini çox uğurlufaktlarla səsləndirdi, həm də Paşinyanın uğursuz, böhtan xarakterli çıxışınadüzəliş verərək onun tarixi savadsızlığını, dünyagörüşünün məhdudluğunu da açıqşəkildə sübuta yetirdi. Əlbəttə ki, bu debatda baş verənlər dünyanın pozitivrəyinə təsir etdi. Çünki ermənilər indiyədək hay-küy salıb "qədim erməni xalqı”,"Arsax” və sair bu kimi müxtəlif əfsanələr söyləyirdilər. Azərbaycan prezidentibu əfsanələrin hamısını alt-üst elədi. Ümumilikdə, Münxen görüşü Dağlıq Qarabağprobleminin həllinə çox ciddi impuls verəcək”.

BƏXTİYAR

 

Mənbə: kaspi.az