MSK daha bir məntəqəni etibarsız saydı

MSK daha bir məntəqəni etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 8 saylı Binəqədi seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib. Namizəd İbrahimov Ağasif müraciətində bildirib ki, bir sıra seçki məntəqələrində səsverməyə az adam gəlsə də, digər namizədin xeyrinə səslər artırılıb.

MSK qərara alıb ki, 24 saylı məntəqənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədən lider namizəd Azay Quliyevdir.

Günel Türksoy

 

Mənbə: qafqazinfo.az