Dairələr və ölkə üzrə seçkinin nəticəsi bu halda ləğv edilə bilər (ŞƏRH)

Dairələr və ölkə üzrə seçkinin nəticəsi bu halda ləğv edilə bilər (ŞƏRH)

"Bir dairənin ləvğ olunması üçün həmin dairənin ərazisində məntəqələrin 5/2-sinin nəticələri ləvğ olunmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının sabiq üzvü Akif Qurbanov deyib.

Onun sözlərinə görə, dairələrdən Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər hərtərəfli və ədalətli araşdırılmayacaq:

"Düzdür, ayrı-ayrı dairələrdən müəyyən məntəqələr ləvğ olunur. Hansı ki, ortalıqda iki formada rəsmi protokol var. Onları ləvğ etmək məcburiyyətində qalırlar. Bir dairənin ləvğ olunması üçün həmin dairənin ərazisində məntəqələrin 5/2-sinin nəticələri ləvğ olunmalıdır. Həmin o 5/2 məntəqələrdəki seçicilərin sayı da dairə üzrə ümumi seçicilərin 4/1-ni təşkil etməlidir. Belə olan halda həmin dairə üzrə nəticələr etibarsız hesab olunur”.

Akif Qurbanovun sözlərinə görə, ölkə üzrə seçkilərin nəqticələrinin ləvğ olunması və təkrar seçkinin keçirilməsi üçün nəticələrin sayı parlamentin yetərsayını formalaşdırmasın:

"Yəni, parlamentin yetərsayının formalaşması üçün 83 deputatın səlahiyyəti olmalıdır. İndiki halda belə bir vəziyyət görünmür”.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az