Xameneidən İran xalqına – Seçki çağırışı

Xameneidən İran xalqına – Seçki çağırışı

İranın ali dini lideri Ayətullah Xamenei bu gün ölkədə keçirilən parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Teleqraf.com xəbər verir ki, Xamenei səs verəndən sonra açıqlamasında seçki gününün milli bayram olduğunu deyib.

Onun sözlərinə görə, seçkilər milli maraqların qarantıdır:

“Seçki günü millətin öz hüquqlarını təmin etdiyi gündür. Buna görə də seçicilər gəlib səsvermə hüququndan istifadə etməli, ölkə idarəçiliyinə töhfələrini verməlidirlər, çünki bu, onların ən təbii haqqıdır”.

Qeyd edək ki, səsvermə bu gün yerli vaxtla saat 08:00-da başlayıb.

Ölkədə 57 milyon 918 min seçici səsvermə hüququna malikdir. 290 deputat mandatı uğrunda hər dairə üzrə 24 namizəd mübarizə aparır.

Mənbə: teleqraf.com