Rusiya rəsmisi ABŞ-ı qınadı

Rusiya rəsmisi ABŞ-ı qınadı

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Federasiyası Prezident Administrasiyasının mətbuat katibi Dimitri Peskov ABŞ-ı tənqid edib.
Dimitri Peskov açıqlamasında vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-ın rus diplomatlara viza verməməsinə görə narahatdır.
"ABŞ-ın bu addımı BMT-nin işlərinə də maneə olur. ABŞ BMT kimi qurumun işlərini yubatmamalıdır", - deyə Dimitri Peskov diqqətə çatdırıb.
O qeyd edib ki, ABŞ bu addımları ilə beynəlxalq ictimaiyyəti sadəcə narahat edir.

Mənbə: TASS

Mənbə: eastnews.org