Həsən Ruhani parlament seçkilərində səs verdi - ABŞ seçkinin formal keçirildiyini açıqladı

Həsən Ruhani parlament seçkilərində səs verdi - ABŞ seçkinin formal keçirildiyini açıqladı

İran prezidenti Həsən Ruhani ölkədə keçirilən parlament seçkilərində səs verərkən bir çox məntəqədə növbələrin olduğunu söyləyib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, cümə günü İranda bir palatalı parlamentə seçkilər keçirilir.

Deputatlar Konstitusiya Müdafiə Şurası tərəfindən təsdiqlənmiş 290 yer uğrunda yarışan 7 mindən çox namizəd arasından seçiləcək.

Bundan əlavə, eyni zamanda İranın ali rəhbərini təyin etmək hüququ olan Mütəxəssislər Şurasına da aralıq seçkiləri keçirilir.

“Aldığımız məlumatlara görə, ölkədəki bir çox seçki məntəqəsində uzun növbələr yaranıb”. İRIB televiziyası Tehranın polis idarəsinin rəisi Hüseyni Rəhiminin sözlərini sitat gətirir.

Bu gün səhər tezdən İranın ali lideri Əli Xamenei səs verib.

Seçkilər ABŞ-dan gələn sanksiyaların növbəti mərhələsi fonunda baş tutur. Birləşmiş Ştatlar bu dəfə İranın Müdafiə Şurasına toxunan sanksiyaları genişləndirib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk İranda qarşıdan gələn parlament seçkilərinin formal keçirildiyini və həqiqi seçkilərin isə artıq “gizli” başa çatdığını söyləyib.

İranın Müdafiə Şurası cavab olaraq ABŞ-ın İran haqqında danışmağa haqqı olmadığını deyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az