Əfqanıstan hökuməti qarşıdurmaların dayandırılması ilə bağlı bəyanat verib

Əfqanıstan hökuməti qarşıdurmaların dayandırılması ilə bağlı bəyanat verib

Əfqanıstanda qarşıdurmaların dayandırılması rejimi bu gecə saat 24.00-dan etibarən başlayacaq.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurası bəyanat verib.

Bildirilib ki, bir həftəlik “qarşıdurmaların dayandırılması”rejimi gecə saat 24.00-dan başlayacaq.

Əlavə edilib ki, bu rejim ölkənin bütün əyalətlərində həyata keçiriləcək.

Qeyd edək ki, Talibanla ABŞ arasında əldə edildiyi deyilən sülh anlaşmasına əsasən tərəflər hücumları dayandıracaq, əsir və məhbusların mübadiləsini həyata keçirəcək və əcnəbi qüvvələr ölkədən çıxacaq.

Əfqanıstan hökuməti rəsmiləri bir həftəlik “qarşıdurmaların dayandırılması” rejimin daimi atəşkəs və sülhə gətirib çəxaracığını ümid edirlər.

Mənbə: www.interaztv.com