Haftar Türkiyəyə Rusiyanın mesajını verdi – Şərt

Haftar Türkiyəyə Rusiyanın mesajını verdi – Şərt

Əgər Liviyadan Suriya muzdluları və Türkiyə hərbçiləri çəkilsə, eləcə də Türkiyədən silah tədarükü dayansa, Liviyadakı döyüşləri dayandıracağıq.

Axar.az xəbər verir ki, bunu Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar deyib. O, atəşkəs üçün başqa şərtin Tripolidəki terrorçu təşkilatların ləğvi olduğunu bildirib:

“Türkiyə və Sərrac hökuməti müvəqqəti atəşkəsdən Suriyaya çoxlu sayda muzdluların, türk əsgərlərinin, dənizdən və havadan silahların atılması üçün istifadə edir. Bu, atəşkəsin pozulmasıdır. Biz bu pozuntulara reaksiya vermək haqqına sahibik”.

Mənbə: axar.az