Cavad Zərif: İranlılar seçkilərə getməklə Vaşinqtondakıların onlar barədə qərar çıxarmasına imkan verməyəcək

Cavad Zərif: İranlılar seçkilərə getməklə Vaşinqtondakıların onlar barədə qərar çıxarmasına imkan verməyəcək

Cavad Zərif seçki prosesini İran üçün əsas iqtidar mənbəyi olduğunu, beynəlxalq müstəvidə ölkənin əsas güc amili təşkil etdiyini vurğulayıb...

“İran xalqı imkan verməyəcək ki, Vaşinqtonda oturan biri onlar barədə qərar çıxarsın. Həm də elə bir şəxs ki, əli Qasim Süleymani kimi bir qəhrəmanın qanına batıb. İranlılar o qəhrəmanın dəfn mərasimi referendumunda həmin quldurun zorakı və dövlət terrorçuluğu mövqelərinin tam əleyhinə olduğunu bildirdilər.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda seçkilərə qatılan zaman deyib.

Cavad Zərif Tehranın “Camaran” seçki məntəqəsində səsisni qutuya atdıqdan sonra Parlament və “Xubriqan Məclisi” seçkiləri barədə fikirlərini açıqlayıb və iranlıları bu seçkilərə aktiv şəkildə qatılmağa çağırıb.

İran XİN rəhbəri bildirib ki, ölkə xalqı Qasim Süleymaninin dəfn mərasimindəki kimi bu seçkilərə də aktiv şəkildə qatılacaq və Vaşinqtondakıların onlar barədə qərar çıxarmasına imkan verməyəcəklər.

Cavad Zərif seçki prosesini İran üçün əsas iqtidar mənbəyi olduğunu, beynəlxalq müstəvidə ölkənin əsas güc amili təşkil etdiyini vurğulayıb.

Mənbə: www.interaztv.com