Qadın Putinə yaxınlaşıb sual verdi, prezident utandığından... - VİDEO

Qadın Putinə yaxınlaşıb sual verdi, prezident utandığından... - VİDEO

Rusiya prezidenti Vladimir Putinlə bir qadının dialoqu gündəm olub.Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Putin müəlliminin məzarını ziyarət edərkən ona ünvanlanan sualı cavablandırmaqda çətinlik çəkib. Rus qadınının Putinə ünvanladığı sual belədir: "Maaşım 10 min 800 rubldur. Yəni, 170 dollar. Bu maaşla necə yaşamaq olar? Siz yaşaya bilərsinizmi?".

Putin bu sualı eşidərək qızarmağa başlayıb. Prezident daha sonra "bu sırf mənə bağlı mövzu deyil, məndən də çox maaş alan insanlar var" deyərək məsələyə zarafatla yanaşıb.

Putin daha sonra mühafizəçiləri ilə birgə həmin yeri tərk edib.

Qeyd edək ki, Rusiya prezidentinin ziyarət etdiyi müəllimi onu ilk dəfə siyasətə istiqamətləndirən 90-cı illərin tanınmış dövlət adamlarından biri Anatoli Sobçakdır.

Mənbə: www.yeniavaz.com