“168 Jam”: Paşinyanın etdiyi dəyişiklik yalnız keçmiş oliqarxların indi “böyük sahibkarlar” adlandırılmasıdır

“168 Jam”: Paşinyanın etdiyi dəyişiklik yalnız keçmiş oliqarxların indi “böyük sahibkarlar” adlandırılmasıdır

“Ermənistanda 5 aprel tarixinə təyin edilən konstitusiya referendumu, artıq başlayan hakimiyyət kampaniyası bir daha və daha parlaq şəkildə bir həqiqəti ortaya qoydu, Paşinyan “inqilab”ı, həmin inqilabı həyata keçirən cəmiyyəti satır”. Ordu.az xəbər verir ki, bu, Ermənistanın “168 Jam” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəllif qeyd edib ki, Paşinyan “inqilab” adı ilə inqilabın həqiqi məqsədlərini aşmaq məsuliyyətindən növbəti dəfə yaxa qurtarmaq üçün satır.

“Hakimiyyət dəyişikliyindən təxminən iki il keçib, amma Ermənistanda real hər hansı inqilabi dəyişiklik baş vermədi.

Ölkədə keçmişdə mövcud olan eyni qurumlar və idarəetmə sistemi fəaliyyətdədir. Paşinyan vaxtilə özü tərəfindən dəfələrlə tənqid edilən super baş nazirlik sistemində mövqeyini bərkidib. Ölkə keçmişdəki təkanla yaşamağa davam edir. Belə bir vəziyyətdə hətta hakimiyyətin iqtisadi inqilabı barədə danışmaq belə qeyri-ciddidir. Ona görə ki, xüsusilə iqtisadi həyatda hər hansı köklü dəyişiklik baş verməyib.

Qeydə alınan dəyişiklik yalnız keçmiş oliqarxların indi “böyük sahibkarlar” adlandırılmasıdır.

Yəni 2 il ərzində Ermənistanda baş verənlərin inqilab nəticəsini olduğunu demək üçün əsas verən hər hansı görünən, hiss ediləcək dəyişiklik baş verməyib.

Nəticədə arxada qalan iki il ərzində inqilabdan yeganə miras qalan Paşinyanın dünyaya sırımaq üçün ugursuz cəhdlərindən sonra , indi də öz vətəndaşlarına satmağa çalışdığı ritorika və ya bu ad altında olan brenddir.

Paşinyan tərəfindən ötən gün referendum və inqilabın eyniləşdirildiyini gizlətməyən motivlərlə yazılmış bir qeydində vurğuladığı kimi “İnqilab naminə, İnqilaba Hə, Azadlığa Hə” və digər bu kimi atəşfəşanlı şüarlar deyilənlərin sübutudur. Bundan sonrakı bütün məsələ budur ki, cəmiyyət yemi ikinci dəfə udacaqmı, hakimiyyət uğrunda ikinci dəfə inqilab olaraq “satın alacaqmı”, yoxsa istənilən halda dünya tərəfindən rədd edilmiş bu məşğələdən imtina edəcəkmi? Hər hansı bir istənilən malın öz qiyməti var.

2018-ci ildə satılan inqilabın qiyməti Paşinyanın hakimiyyəti idi. 5 aprel referendumunda satışa çıxarılan bir inqilabın qiyməti nə olacaq? Sadə bir “bəli” və ya “yox” dilemmasını seçməyə yox, bu məsələ barədə düşünmək ictimaiyyətin ixtiyarındadır”, - deyə erməni nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az