ABŞ göstəriş verdi, İspaniya hərəkətə keçdi - Rusiyaya növbəti ŞOK

İspaniyada Rusiyanın dövlət işçisi polis tərəfindən həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. İddialara görə, rusiyalı qadın İspaniyada işlə bağlı səfəri zamanı saxlanılıb. Rusiya tərəfi qadının ABŞ-ın göstərişi ilə həbs edildiyini irəli sürür. Açıqlamaya görə, saxlanılan şəxs Rusiya hökumətinin İspaniyada mümkün kənd təsərrüfatı fəaliyyəti üçün araşdırmalar aparıb.

Üstəlik o, İspaniyada rəsmi qeydiyyatda olub. ABŞ tərəfi hələlik məsələyə münasibət bildirməyib. Rusiyalı qadının niyə saxlanıldığı hələlik açıqlanmayıb.

Anar Türkeş

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Sabah Almaniyada Qarabağ mitinqi keçiriləcək - Mitinqdə mindən çox soydaşımızın iştirakı gözlənilir

SONRAKI XƏBƏR

Kreslodan həbsə... - İsmayıl Vəliyev kimdir?