Cəlilabadda qarşıda duran vəzifələr müzakirə edildi

Cəlilabadda qarşıda duran vəzifələr müzakirə edildi

Cəlilabadda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbir Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar. Toplantıda hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, ötən il də rayon üçün uğurlu olub.

Digər çıxışçılar da 2019-cu ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər. Toplantıda çıxış edən Аzərbаycаn Rеspublikаsı Prеzidеnti Аdministrаsiyаsının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı qərar layihəsi qəbul edilib, Prеzidеnt İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.

Mənbə: report.az