Erməni müstəntiqlər sabiq nazirin həbs müddətini artırmaq istəyir

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin müstəntiqləri məhkəmədə ölkənin sabiq maliyyə naziri, Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, vəzifə səlahiyyətlərini aşmaqda və dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunan Qaqik Xaçatryanın həbsi müddətinin iki ay uzadılması haqqında vəsatət qaldırıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətində bildirib.

"Xidmətin müstəntiqləri Xaçatryanın həbsinin iki ay uzadılması haqqında vəsatət qaldırdılar”, - mətbuat xidmətinin məlumatında qeyd olunur.

Xaçatryan ötən ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Xaçatryan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018-ci illər) əsas siyasi fiqurlarından biri idi. O, 2008-ci ildən 2014-cü ilə qədər Dövlət Gəlirləri Komitəsinə sədrlik edib. Xaçatryan 2014-cü ildən 2016-cı ilin sonuna kimi maliyyə naziri vəzifəsində çalışıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb

SONRAKI XƏBƏR

Nazarov 90 dəqiqə oynadı, "Aue" 1 xalla razılaşdı