Merkellə Makron Putinə Ərdoğanla görüşməyi təklif ediblər

Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub.

“Ölkə.Az” “Rian.ru”ya istinadən xəbər verir ki, Almaniya və Fransa liderləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İdlibdəki vəziyyəti müzakirə edib həll etmək istiqamətində birgə görüşə hazır olduqlarını bəyan ediblər. Bunu Almaniya nazirlər kabinetinin rəsmisi Şteffen Zaybert deyib.

Onun sözlərinə görə, telefon danışığında Merkellə Makronu İdlibdə yaranmış dəhşətli humanitar böhrandan ciddi narahatdırlar. Merkellə Makron İdlibdə hərbi əməliyyatları dayandırmağa çağırıb.

Merkellə Makron Putinə də İdlibdəki böhranlı vəziyyəti həll etmək üçün qısa zamanda Ərdoğanla görüşməyi də təklif ediblər.

 

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Həbsə aparan qanunsuzluq: Məmurlar niyə dərs götürmür? - İLGİNC

SONRAKI XƏBƏR

İtaliya hökuməti koronavirusa görə Şengen razılaşdırılmasının dayandırılmasını istisna etmir