ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib

ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib

ABŞ Ankaranın tələbi ilə “Patriot” zenit-raket sistemlərini Türkiyənin Suriya ilə sərhəd ərazisində müvəqqəti olaraq yerləşdirəcəkləri barədə hələ qərar verməyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi açıqlamasında qeyd edib.

Bildirilib ki, Türkiyənin Suriya ilə sərhədə yaxın ərazisində "Patriot" raketlərinin yerləşdirilməsi ilə bağlı tələbdən xəbərdarıq, lakin hələ qərar verilməyib: “Ankara ilə Vaşinqton arasında bu mövzuda və Suriyanın İdlib əyalətindəki hadisələrlə bağlı danışıqlar aparılıb. İdlibdəki gərgin vəziyyətlə əlaqədar Türkiyə hökuməti ilə müzakirələr aparmağa davam edirik”.

ABŞ rəsmisi eyni zamanda vurğulayıb ki, ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin Türkiyə ərazisində müvəqqəti yerləşdirilməsi bu cür silahların Ankaraya təcili olaraq satılması demək deyil.

Xatırladaq ki, Qərb mətbuatının yazdığına görə, Türkiyə qonşu Suriyanın İdlib əyalətində gərginliyin artması ilə əlaqədar ABŞ-dan cənub sərhəddində “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini istəyib.

Türkiyə rəsmi müraciətini keçən həftə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri vasitəsi ilə Ağ Evə göndərib.

 

Mənbə: apa.az