Rusiya və Türkiyənin başqa çıxış yolu yoxdur - Rus ekspert

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Vladimir Yevseyev deyib.

“Türkiyə İdlibi regiondakı mövcudluğunun zəmanəti kimi görür. Amma aviasiya səhəsində böyük çatışmazlıqlar yaşayır. Dünənki olay da bunu göstərdi. Əminəm ki, bu hadisədən sonra gərginlik azalacaq. Türkiyə mövcud şərtlərlə Rusiya ilə razılaşmağa çalışacaq. Ankara ABŞ-a etibar edə bilməyəcəyini anlayır və eyni zamanda İdlibdə fərqli mənafeyi olan, lakin strateji partnyoru hesab edilən ölkədə (Rusiya) dəstək axtarması gərəkdir”, - deyə ekspert bildirib.

Qeyd edək ki, dünən İdlib döyüşlərində Türkiyə ordusunun 2 əsgəri şəhid olub. Türkiyə lideri Ərdoğan isə Suriyanın iki gün ərzində 150 əsgərinin və hərbi texnikasının məhv edildiyini açıqlayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Hava proqnozu üzrə dünyanın ən müasir super kompyuteri

SONRAKI XƏBƏR

Vyetnamda koronavirusa yoluxan 3 aylıq uşaq sağalıb