Çex Respublikasının Nazirlər Kabineti növbəti beş il üçün yeni Dövlət Təhlükəsizliyi Konsepsiyasını təsdiq edib.
Praqa Radiosuna istinadla xəbər verilir ki, təsdiq edilmiş strateji sənəd təhlükəsizlik sahəsində böhranlı vəziyyətlərin həllinə mühüm dəyişikliklər edir. Ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, konsepsiya müasir təhlükəsizlik təhdidlərini nəzərə almalı və bütün əhalini əhatə edəcək sistem yaratmalıdır.
Yeni konsepsiya daha geniş əhatə dairəsi təklif edir. Sənəd təkcə müəllimlərin deyil, həm də dövlət qulluqçularının, eləcə də əsas şirkətlərin işçilərinin təliminin vacibliyini vurğulayır. Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq və strateji kommunikasiya mühüm dəstək olacaq.
Vüqar Seyidov
Mənbə: azertag.az