Bayden Zelenski ilə nə danışıb?

Bayden Zelenski ilə nə danışıb?

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə danışıb.

Onun sözlərinə görə, Bayden telefon danışığında ABŞ-nin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib:

“Prezident bir neçə dəqiqə əvvəl Zelenski ilə telefonla danışıb. Bayden bir daha son üç il ərzində ABŞ tərəfindən Ukraynaya göstərilən dəstəyin davam etdiriləcəyini qeyd edib”.

Mənbə: qafqazinfo.az