DTX-nın tutduğu şəxsdən MÜRACİƏT

DTX-nın tutduğu şəxsdən MÜRACİƏT

Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində tutularaq məsuliyyətə cəlb edilən Orxan Rzaquliyev Ali Məhkəməyə müraciət edib.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, yəni, dövlətə xəyanət maddəsi ilə ittiham edilərək təqsirli bilinmiş və məhkəmənin hökmü ilə məhkum edilən Orzaquliyev Ali Məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Orxan Rzaquliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Rzaquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

news24.az

Mənbə: konkret.az