Müxalifətin "zoluşka"sı , yaxud, aksiyadakı cırıq ayaqqabının sirri - VİDEOBLOQ

Müxalifətin "zoluşka"sı  , yaxud, aksiyadakı cırıq ayaqqabının sirri -  VİDEOBLOQ

Seçki elə prosesdir ki, nəticəsindən razı qalanlar da olur, narazılar da. Dünyanın bütün ölkələrində belədir. Təbii ki, Azərbaycandakı 9 fevral seçkilərində 125 deputat mandatı uğrunda mübarizə aparan 1300-dən çox namizədin hamısının nəticə ilə razılaşacağı gözlənilirmirdi. Bunu gözləmək gözləmək sadəlövlük olardı.

Haqqının tapdalandığını, pozuntuların olduğunu iddia edənlərin yeganə çıxış yolu MSK-ya müraciət edib, öz şikayətlərini sübutlarla əsaslandırmaq idi. Ortada real faktlar varsa, MSK MSK mütləq araşdırır, qanun çərçivəsində qiymət verir.

Bəzi namizədlər isə bunun əksinə olaraq müraciətlərinə baxılmamış çıxış yolunu qanunsuz aksiyalarda gördülər. Sosial şəbəkələrdə "rezonans" doğuran aksiya çağırışlara cəmi 10-15 nəfər qoşulmuşdu ki, onların ictimai asayişi pozmağa yönəlik cəhdləri gözlənildiyi kimi alınmadı.

Maraqlıdır ki, MSK-nın önünə planlaşdırılan aksiyada peyda olan dırnaqarası jurnalislərin sayı şikayətçilərdən qat-qat çox idi . "Press" gödəkçəsi altında gizlənən, özlərini KİV nümayəndəsi kimi qələmə verən həmin "jurnalistlər" insanları açıq-aşkar təxribata çəkir, süni yolla aranı qarışdırmağa, səs-küy yaratmağa çalışırdılar. Daha doğrusuz özlərini KİV təmsilçisi kimi deyil, aksiya iştirakçısı kimi aparırdılar. Onlardan biri də AXCP sədri Əli Kərimlinin fəal müdafiəçilərindən olan, müxalifətin "zoluşkası" Fatimə Mövlamlı idi.

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədovun təqdim etdiyimiz növbəyi növbəti videobloqu MSK-nın qarşısında baş tutmağan aksiyanın "qəhrəmanları"na həsr olunub:

Mənbə: azvision.az