Prezident Aparatının qarşısında erməni nazirə ETİRAZ

Prezident Aparatının qarşısında erməni nazirə ETİRAZ

Ukraynanın paytaxtı Kiyev şəhərində bir qrip şəxs Prezident Aparatının binasında “Daxili İşlər Naziri Arsen Avakovun istefasının təqdimatı?” yazısı olan afişanı asmaq istəyib. Asayiş keşikçiləri etirazçıları ərazidən uzaqlaşdırmağa çalışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Gromadske” və “RBC-Ukrayna” telekanalları yayıb.

Məlumata görə, 100-ə yaxın adam Prezident Aparatı qarşısında milliyətcə erməni olan daxili işlər naziri Arsen Avakova qarşı mitinqə çıxıb.

Etirazçılar vətəndaş fəalları və jurnalistlərə edilən hücumlar, o cümlədən Xerson fəalı Yekaterina Gandzyukun öldürülməsi ilə bağlı istintaqın nəticələrinin olmaması səbəbindən Avakovun işdən çıxarılmasını tələb edirlər.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Avakovun 2019-cu ilin sonuna qədər sınaq müddəti ilə Daxili İşlər Nazirliyinin başçısı vəzifəsində qalacağını söyləmişdi. Avakov üçün əsas şərt, dövlət başçısının fikrincə, yüksək səviyyəli istintaq işlərin araşdırılması idi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az