Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR

Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, Komissiyaya müraciət edən namizəd Baxışov Qəzənfər İsamməd oğlu həmin dairə üzrə bütün seçki məntəqələrində seçki prosesinin pozulduğunu iddia edib.

MSK üzvü Ramiz İbrahimov müraciət haqqında məlumat verərkən bildirib ki, şikayət aidiyyatı üzrə dairə seçki komissiyasına göndərilib. DSK tərəfindən aparılan araşdırmalar zamanı şikayətdə göstərilən hallar təsdiqini tapmayıb.

Beləliklə, ekspert qrupunun rəyi ilə namizədin müraciəti təmin edilməyib. Qeyd edək ki, şikayətçi Qəzənfər Baxışov Müsavat Partiyasının namizədidir.

Xatırladaq ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.

Mənbə: modern.az