"Der Freitag" nəşri ermənilərin Xocalıda törətdikləri cinayətlər barədə məqalə dərc edib

"Der Freitag" nəşri ermənilərin Xocalıda törətdikləri cinayətlər barədə məqalə dərc edib

Berlin, 23 fevral, AZƏRTAC

"Der Freitag" nəşrində Humboldt Universitetinin doktorantı Asif Məsimovun ermənilərin Xocalıda törətdikləri cinayətlər barədə məqaləsi dərc edilib (bax: https://www.freitag.de/autoren/masimov/armenier-muessen-das-verbrechen-anerkennen).

AZƏRTAC xəbər verir ki, "Ermənilər öz cinayətkar əməllərinə görə cavab verməlidirlər" sərlövhəli məqalədə Ermənistan tərəfindən törədilən cinayətlərin qısa xronologiyası və əsas faktlar yer alıb. Qeyd olunur ki, bunun qətliam və ya soyqırımı olması böyük əhəmiyyət kəsb etmir, lakin mühüm olan başqa şeydir - bəşər övladı qarşısında bu ağır cinayətin törədilməsində məsuliyyət daşıyan təşkilatçılar və icraçılar hələ də azadlıqdadır. Universitetin doktorantı yazır ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və sabiq müdafiə naziri Seyran Ohanyan da həmin cinayətkarlar sırasındadır.

Müəllif vurğulayır ki, Ermənistan bu cinayətdə nəinki öz rolunu inkar edir, hətta günahı azərbaycanlıların boynuna qoymağa cəhd göstərir. Bununla yanaşı, A.Məsimov Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala etdiyi etirafı xatırladır: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə heç vaxt əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Mənbə: azertag.az