Ermənistan ABŞ- ilə strateji tərəfdaşlıq sənədi imzalayacaq

Ermənistan ABŞ- ilə strateji tərəfdaşlıq sənədi imzalayacaq

Bu gün Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, sənədi ABŞ-dən dövlət katibi Antoni Blinken, erməni tərəfdən isə xarici işlər naziri Ararat Mirzoyan imzalayacaq.

Xatırladaq ki, Mirzoyan hazırda ABŞ-də səfərdədir.

Mənbə: teleqraf.com