Qəzzada atəşkəs razılaşması əldə olundu - SON DƏQİQƏ

Qəzzada atəşkəs razılaşması əldə olundu -

Qəzzada atəşkəs razılaşması əldə olunub.

Bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı bildirib.
Telekanalın yüksək səviyyəli mənbəsinin sözlərinə görə, razılaşma “vasitəçilərin bir neçə saatlıq gərgin işindən sonra” əldə olunub.
"Əl-Qahirə əl-İxbariyyə" iddia edir ki, müvafiq rəsmi bəyanat yaxın vaxtlarda dərc olunacaq. Əldə olunan razılaşmanın təfərrüatları və şərtləri hələlik açıqlanmayıb.
"Axios" portalı da ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Qəzzada atəşkəs və girovların azad olunması barədə razılıq əldə olunub.
Zaur

Mənbə: www.bakupost.az