Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana işgüzar səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İ.Kobaxidzeni hava limanında Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.
Mənbə: qafqazinfo.az