Gənclərimizə Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək Vətən, xalq qarşısında borcumuzdur

Gənclərimizə Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək Vətən, xalq qarşısında borcumuzdur

Bu gün Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edirik. Xocalı soyqırımı xalqımızın faciəsidir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı şəhəri 191 nömrəli məktəbin müəllimi Kəmalə Əliyeva deyib. O bildirib ki, Xocalı soyqırımı qan yaddaşımızdır, unutmamalıyıq, unutdurmamalıyıq.

“Şagirdlərimə Xocalı soyqırımından bəhs edirəm, hər il onları “Ana harayı” abidəsini ziyarətə gətirirəm. Çünki biz Xocalı soyqırımının törədildiyi dövrün canlı şahidləriyik. Gənclərə Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək bizim Vətən, xalq qarşısında borcumuzdur”, - deyə Kəmalə Əliyeva qeyd edib.

Mənbə: azertag.az