Ərdoğan: “25 ildir ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir”

Ərdoğan: “25 ildir ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir”

“Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındayıq”.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə Prezidenti bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqları azad edilməli, regionda sülh bərqərar olmalıdır.

Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiya 25 ildir bu münaqişəni həll edə bilməyiblər.

Mənbə: apa.az