Ermənistan Müdafiə Nazirliyi hərbi hissələri tam təcrid etdi

Fevralın 25-dən etibarən hərbi qulluqçuların valideynlərinin və qohumlarının ziyarətləri qadağan olunub.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bütün növ məcburi hərbi xidmət məzuniyyətləri və hərbi qulluqçuların buraxılması tam məhdudlaşdırılıb.

Ermənistan Müdafiə Nazirliyi bəyanat verib ki, bütün bu tədbirlər İranda koronavirusa yoluxanların sürətlə artmasına görədir: “Profilaktik tədbirlər koronavirus xəstəliyinin hərbi hissələrə daxil olmasının qarşısını almaq, ordunun kontingentini mümkün qədər sığortalamaq və zərurət yarandıqda anti-epidemiya əməliyyatlarını düzgün təşkil etməkdir. Bütün hərbçilərin qohumlarını hərbi hissələrə baş çəkməkdən çəkinməyə, hərbçilərin xeyrinə olduqları üçün görülən tədbirlərə şüurlu şəkildə yanaşmağa çağırırıq”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus Yunanıstana da çatdı

SONRAKI XƏBƏR

Qarabağ müharibəsi əlili: Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş amansız qətliamdır